Accessibility links

Bu gün İraq paytaxtında həyata keçirilən silsilə bomba hücumları azı 24 nəfərin ölümünə, 66 nəfərin yaralanmasına səbəb olub. Maşınlara yerləşdirilmiş bombaların çoxu Bağdadın şiələrin çoxluq təşkil etdiyi məhəllələrdə partladılıb.

Maşına yerləşdirilmiş bomba hücumlarından biri Sədriə şəhərinin ticarət mərkəzində partladılıb və azı 4 nəfərin ölümü ilə nəticələnib.

Hücumların məsuliyyətini üzərinə götürən olmayıb.

BMT-nin hesablamalarına görə, bu ilin əvvəlindən bəri əsasən mülki vətəndaşlar olmaqla İraqda 7500-dən çox insan öldürülüb.
XS
SM
MD
LG