Accessibility links

ABŞ-ın İraqdakı sabir səfirləri xəbərdarlıqla çıxış edir

ABŞ-ın İraqdakı sabiq səfiri Rayan Krokerin dediyinə görə, ABŞ İŞİD-ə qarşı mübarizədə məğlubiyyətə uğramaqdadır. O, İraqda zorakılıqların artacağı barədə xəbərdarlıqla çıxış edib.

Səfir Rayan Kroker

Səfir Rayan Kroker

“Misilsiz bir pisləşmə prosesi gedir. Pisləşmə məğlubiyyət deməkdir. Bugünkü ağır vəziyyət gələcəklə müqayisədə yaxşı görünəcək”-deyə səfir bildirib.

2007-2009-cu illər ərzində İraqda səfir vəzifəsində çalışan Kroker bədbin olan yeganə şəxs deyil. Ondan dərhal sonra İraqa səfir təyin edilən Zalmay Xəlilzad da regionda geriləmə müşahidə edildiyini bildirib.

ABŞ prezidenti Barak Obama İslam Dövlətinin məğlubiyyəti üçün ABŞ və onun müttəfiqlərinin daha artıq iş görməli olduğunu etiraf edib.

Bugünkü ağır vəziyyət gələcəklə müqayisədə yaxşı görünəcək

“Vəziyyətin düzəlməsi üçün İraq qüvvələrinə təlimləri sürətləndirmək lazımdır.”

Böyük Yeddiliyin Almaniya sammitində çıxış edən ABŞ dövlət başçısı tam bir strategiyaya malik olunmadığını və bunun İraqın öhdəliyindən asılı olduğunu deyib.

ABŞ-ın başçılığı ilə hava hücumlarının bir ilə yaxındır davam etməsinə baxmayaraq, İslam Dövləti yaraqlıları İraq və Suriyada əraziləri zəbt etməkdə, insanları qətlə yetirməkdə davam edir.

İraqın şiələrin əksəriyyət təşkil etdiyi hökuməti İŞİD-ə qarşı yalnız təhlükəszilik qüvvələri deyil, İranın təlimlər verdiyi yaraqlı dəstələrin də yardımından istifadə edir.

Səfir Zalmay Xəlilzad

Səfir Zalmay Xəlilzad

ABŞ və İraqın taktikaları birlikdə qarışıq nəticələr verir. Amerika İslam Dövləti yaraqlılarına qarşı mübarizədə nailiyyət əldə edildiyini iddia etsə də, qrup yenidən formalaşıb, müxtəlif cəbhələrdən hücuma keçir.

Obama Bağdadın sünni qəbilələrlə iş birliyi yaratmasının vacibliyini önə çəkib. 2005-ci ildə ABŞ sünni qəbilələrə pul ödəməklə onları Əl-Qaidəyə qarşı mübarizəyə cəlb etmişdi.

Dövlət Departamentinin sözçüsü Ceff Ratke Vaşinqtonun artıq sünni qəbilələrlə əlaqəyə girdiyini bildirib.

Lakin səfir Krocker deyib ki, güclü və davamlı siyasi və diplomatik səylər olmadan Vaşinqton nailiyyərsizliyə uğrayacaq.

Vəziyyətin düzəlməsi üçün İraq qüvvələrinə təlimləri sürətləndirmək lazımdır

“İraq, Suriya və ya Yəmən olmasından asılı olmayaraq, ABŞ regionda həm düşmənlərimiz, həm də müttəfiqlərimizlə lazımi təmasda deyil.”

İranda şiə, Səudiyyə Ərəbistanında isə sünni əksəriyyət regionda təriqətlərarası münaqişələrin və yaraqlıların hücumlarının artmasında rol oynayır.

Səfir Krokerin dediyinə görə, İraqdakı təriqət münaqişəsi İslam Dövlətinin mənafeyinə xidmət edir.

Səfir Xəlilzad siyasi həll yolu olmasa, regionda təriqət müharibəsinin başlama ehtimalından danışıb.

“Dövlətlərin və ya təsisatların sünnilərə dəstək verməsi, digər tərəfdən İran faktoru regionda on illərlə davam edəcək bir müharibəyə yol aça bilər.”

Səfir regional liderlər və ABŞ-ın diplomatik və siyasi rolunun gücləndirilməsinə çağırıb. O, əks təqdirdə onsuz da ağır olan vəziyyətin ciddiləşəcəyi barədə xəbərdarıq verib.

XS
SM
MD
LG