Accessibility links

İraqda Şabak təriqəti üzvləri hədəf alınır


İraqın Neynəva vilayətində Şabak təriqəti üzvlərinin çoxluq təşkil etdiyi bölgədə intiharçının bomba yerləşdirilmiş yük maşınını partlatması nəticəsində azı 15 nəfər ölüb. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Şiə təriqətinin bir qolu kimi tanınan Şabak üzvləri bundan əvvəl də sünni yaraqlılar tərəfindən hücumlara məruz qalıb.

Keçən ay da Neynəvada Şabak üzvünün dəfn mərasimi zamanı intiharçının həyata keçirdiyi bomba hücumu zamanı azı 23 nəfər ölmüşdü.
XS
SM
MD
LG