Accessibility links

Şiə militantlar döyüşlərdən kənarlaşdırılır [Video]


İraq hökumət qüvvələri İslam Dövləti döyüşçülərini sünnilərin ürəyi olan Ənbar vilayətindən çıxarmaq uğrunda mübarizə aparır. Yəqin ki, onlar bu hücumları İŞİD-ə qarşı döyüşlərdə nailiyyət qazanmalarına yardım edən İranın dəstəklədiyi şiə yaraqlıların yardımı olmadan edəcəklər. Tehranın bu münaqişədə artan roluna dair ölkədə dərin narahatlıqlar var.

İraqdakı son döyüşlərin hədəfi İslam Dövlətini geri oturtmaqdır. İŞİD döyüşçüləri Ənbar vilayətinin inzibati mərkəzi Ramadidə çox sayda hücumlar həyata keçirib.

İraq hərbi komandiri hər ev uğrunda döyüşdüklərini deyir. “Biz çox az nailiyyət əldə etmişik. Biz Əl-Houz ərazisində 30-40 evi yaraqlılardan azad etdik və İslam Dövlətinin snayperini öldürdük.”

İraqın baş naziri Heydər Əl-Abadi keçən həftə Ənbar vilayətinə səfər edərək, İslam Dövlətini sünnilərin məskunlaşdığı ərazidən çıxarılmaq hədəfi ilə əməliyyatlara başlandığını bəyan etdi.

Kral Birliyi İnsitutundan Əfzal Əşrəfin dediyinə görə, bu dəfə ordu indiyə qədər nailiyyətlərin əldə edilməsində böyük rol oynayan şiə yaraqlılarının yardımı olmadan döyüşəcək. “Orada şiə militantların olması çətin məsələdir, çünki onlar orada pis əməllər törədib. Hökumət qüvvələrindən bəziləri və şiə yaraqlılar Əl-Ənbar vilayətində terror kampaniyaları və işgəncələr həyata keçiriblər.”

Bu ayın əvvəllərində İslam Dövləti Tikritdən çıxarıldıqdan sonra şiələrin yarı-hərbi döyüşçüləri sünnilərin evlərini, bizneslərini talan etməkdə və yandırmaqda ittiham edildi.

BMT-nin baş katibi Ban Ki Mun Qatarda etdiyi çıxışı zamanı bu məsələyə toxunub. “Mən İraq hökumətini Dayeşin (İslam Dövləti) əlindən alınan bölgələrdə qanunun bərpasına çağırıram.”

Əfzal Əşrəf İranın şiə yaraqlıların təlimində və dəstəyində əsas rol oynadığını deyir. “İranlılar hesab edirlər ki, İŞİD təkcə Bağdadı yox, şiələrin müqəddəs şəhərlərini zəbt edəcək və oraları viran qoyacaq.”

İran generalı Qasım Süleymani İraqda döyüşən şiə militantların çoxuna başçılıq edib. “Lakin onlara nəzarət burada bitir,” deyə Əşrəf bildirir. “Onların ordusunda nizam-intizam, məsuliyyət yoxdur. Buna görə də belə bir şəraitdə onlar cinayət və ya vəhşilik törədəndə cəza vermək çətindir. Yəqin ki. iranlılar çalışıblar nəsə etsinlər, lakin onları nəzarətdə saxlamaq çox çətindir.”

İraqın ordu rəsmiləri şiə militantlarının hamısının Ənbar vilayətində gedən döyüşlərdən kənarlaşdlırıldıqlarını deyirlər. Bu arada Birləşmiş Ştatlar İraqın hökumət qüvvələrinə İslam Dövlətinə qarşı öyüşlərdə hava zərbələri ilə yardım göstərməkdə davam edir.

XS
SM
MD
LG