Accessibility links

Bağdadda yeni hücum dalğası 19 adamın ölümünə yol açıb


İraqın paytaxtı Bağdadda yeni hücum dalğası 19 adamın ölümünə yol açıb. Şəhərin Şaab şiə məhəlləsində iki maşına yerləşdirilmiş bomba partlayışları 9 adamın ölümünə, 25 nəfərin yaralanmasına səbəb olub.

Hücumların məsuliyyətini üzərinə götürən olmayıb. Son zamanlar sünni müsəlman döyüşçülər İraqın təhlükəsizlik qüvvlərinə qarşı hücumlarını artırıb.

Hücumlar İraq qüvvələrinin Ramadi və Fəllucə şəhərlərində Əl-Qaidənin yerli qruplarına qarşı reydə hazırlaşdığı vaxt həyata keçirilib. Şəhərlərin nəzarətinin ələ keçirilməsinin bir neçə gün vaxt aparacağı gözlənilir .

Bu arada, ABŞ dövlət katibi Amerikanın İraq qüvvələrinə yardım göstərəcəyini bildirsə də, bu mübarizənin İraqa məxsus olduğunu deyib.
XS
SM
MD
LG