Accessibility links

İslamçılar edam nümayiş etdirən daha bir video yayıb


Prezident Barak Obamanın ABŞ-ın Suriyadakı İslamçı ekstremistlərə qarşı mümkün hava hücumlarını arxa plana keçirməsindən bir gün sonra İslam Dövlətinin yaraqlıları daha bir nəfərin başının kəsildiyi əks etdirilmiş video yayıblar.

SITE kəşfiyyat qrupu üç maskalı şəxsin ələ keçirdikləri kürd əsgərinin başını kəsdikləri videonu yayımladığını bildirib.

Monitorinq xidməti videonun kürdlərin lideri Massud Barzanini ABŞ qüvvələri ilə ittifaqa son qoymaq üçün xəbərdarlıq xarakteri daşıdığın güman edir.

Bu arada prezident Barak Obama İslam Dövlətinin yaraqlılarını İraqda əldə etdikləri mövqelərdən geri çəkməyin onun üçün prioritet olduğunu deyib.

Cənab Obama müxbirlərə hələlik heç bir strateji planın əldə edilmədiyini bildirib. Lakin prezident İraq və Suriyada böhranla mübarizə üçün koalisiya qurulması istiqamətində müzakirələrin aparıldığnı deyib.

XS
SM
MD
LG