Accessibility links

İraq və Suriyaya döyüşçü axını hədsiz dərəcədə yüksəkdir [Təhlil]


Suriya və İraqa axın edən xarici döyüşçülərin sayı ilə bağlı yeni göstəricilər problemin düşünüldüyündən daha da böyük olduğunu göstərir. Potensial yaraqlılar hələ də döyüş meydanına getməyin yollarını tapa bilir.

Bu həftə kəşfiyyat rəsmiləri xarici döyüşçülərin sayı ilə bağlı iki dəfə yeni rəqəmləri açıqlayıb. Hesablamalara əsasən, münaqişə başlayandan bəri mübarizəyə azı 120 ölkədən 36.500 döyüşçü qoşulub.

Gələn döyüşçülərin sayı azalıb çünki indi artıq fiziki cəhətdən ora getmək çətinləşib və ABŞ-dan başqa digər ölkələr də bunun qarşısnı almaq üçün daha çox tədbir görülür
Patrick Skinner

Buraya 6.600 qərbli daxildir.

Daha öncəki hesablamalarda ümumi döyüşçülərin sayı 34.000, qərbli döyüşçüləri sayı isə 6 min təşkil edirdi.

Oktyabr ayında isə kəşfiyyat rəsmiləri azı 115 ölkədən 30 min döyüşçünün, onların 4 min 500-nün qərbli olduğunu hesablamışdı.

Xarici döyüşçülərin ümumi sayının artmasına baxmayaraq, amerikalı döyüşçülərin sayı oktaybr ayında hesablamalardan bəri dəyişməyib, deyə kəşfiyyat rəsmiləri bildirir.

Onların dediyinə görə, döyüşmək və ya digər yollarla münaqişəni dəstəkləmək məqsədilə Suriya və İraqa təxminən 250 amerikalı səfər edib və ya səfər etməyə cəhd göstərib. Bu 250 nəfərdən 24-ü İraq və ya Suriyada ölüb.

Rəsmilər xarici döyüşçülərin sayının artmasının bir neçə səbəbi olduğunu deyir. Buraya məlumat toplama və paylaşma qabiliyyətinin təkmilləşdirilməsi, habelə şəxslərin müəyyən edilməsi üçün aparılan kəşfiyyat səyləri daxildir. Bu isə o deməkdir ki, yeni hesablamalarda xarici döyüşçülərin sayının artması regiona yaraqlıların axının artmasının göstəricisi deyil.

İslam Dövləti uğrunda döyüşməkdə təqsirləndirilən döyüşçülər Almaniyada məhkəmə zalında
İslam Dövləti uğrunda döyüşməkdə təqsirləndirilən döyüşçülər Almaniyada məhkəmə zalında

“Gələn döyüşçülərin sayı azalıb çünki indi artıq fiziki cəhətdən ora getmək çətinləşib və ABŞ-dan başqa digər ölkələr də bunun qarşısını almaq üçün daha çox tədbir görülür,” deyə The Soufan Group-unda çalışan sabiq kəşfiyyat rəsmisi Patrick Skinner bildirir.

Skinner deyir ki, xarici döyüşçülərin əksəriyyəti 2014-cü ilin iyun ayında Mosul şəhəri İslam Dövləti qrupunun nəzarəti altında keçəndən sonra döyüş meydanına yola düşüb. Skinner həmçinin axının qarşısını almağın çətin olduğu barədə də xəbərdarlıq edib.

“İnsanlar ora getmək istədiyi müddətdə bunu edə biləcəklər. Biz ekstremistləri müəyyən etmək və onların Suriya və İraqa getmələrinin qarşısı almaq imkanlarımızı lazımından artıq qiymətləndirmişik,” deyə o bildirib.

Xarici döyüşçülər məsələsi bir çox ABŞ qanunvercisini narahat edən məsələlərdən biridir.

Bu əməliyyatların hamısı Türkiyədə fəaliyyət göstərən qaçaqçılıq şəbəkələri vasitasilə həyata keçir ki, onların əməliyyat dairəsi Türkiyə, İraq və təbii ki, Suriyanı əhatə edir
Mubin Şeyx

“Bu təhlükə artır, azalmır. Məsələn, ötən il bu rəqəm 25 min idi,” deyə cümə günü Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Komitəsinin sədri Maykl Makkoul (Michael McCaul) jurnalistlərə bildirib.

“Məncə, bizim strategiyamız nəticə vermir,” deyə o, əlavə edib.

Müdafiə rəsmiləri deyir ki, İslam Dövləti qrupunun öz sıralarına daha çox döyüşçünün qoşulması üçün çağırış etdiyinə dair dəlillər artır. Lakin buna baxmayaraq, qrupa könüllü döyüşçülərin axını da davam edir ki, bu onların döyüşçülərinin sayının sabit olaraq 20–30 min arasında qalmasını təmin edir.

2015-ci ilin sonunadək hər ay İslam Dövləti qrupunun sıralarına 1000 döyüşçü qoşululub, deyə ABŞ rəsmisi Amerikanın Səsinə bildirib. Rəsmi həmçinin bildirib ki, Türkiyə rəsmilərinin sərhəddə nəzarəti gücləndirməsinə baxmayaraq, Suriyaya ən populyar keçid yolu Türkiyə olaraq qalır.

“Bu əməliyyatların hamısı Türkiyədə fəaliyyət göstərən qaçaqçılıq şəbəkələri vasitasilə həyata keçir ki, onların əməliyyat dairəsi Türkiyə, İraq və təbii ki, Suriyanı əhatə edir,” deyə Kanadanın əks-kəşfiyyat əməliyyatçısı Mubin Seyx bildirib.

İslam Dövləti qrupunun döyüşçüləri Mosulda parad keçirir
İslam Dövləti qrupunun döyüşçüləri Mosulda parad keçirir

“Bu şəbəkələrə diqqət yetirilir. Amma onlara qarşı hücuma keçmək və bu yolla İŞİD-in məğlubiyyətinə yol açmağa diqqət yetirilmir”-deyə təhlilçi Deyvid Sterman bildirib.

Onun sözlərinə görə, əks-terror səylərinə baxmayaraq, xarici cihadçı-döyüşçülərin mesajının Avropa gəncləri və qadınlar arasında hələ də əks-səda tapdığına dair də dəlillər var.

“Təsir altına düşənlərin çoxu gənclərdir. Orta yaş 24-dür, gənclər arasında yeniyetmələr də var”-deyə o bildirib.

ABŞ-ın əks-kəşfiyyat orqanlarının rəsmiləri Rusiyanın prezident Bəşər Əl-Əsədə dəstək olaraq Suriya münaqişəsinə müdaxilə etməsinin daha çox döyüşçünün ekstremistlərin sıralarına cəlb olunmasına səbəb olacağından narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG