Accessibility links

ABŞ prezidenti Amerikanın hava hücumlarının İraqdakı qaçqınların mühasirəsinə son qoyduğunu bildirib


ABŞ prezidenti Amerikanın hava hücumlarının İraqdakı qaçqınların mühasirəsinə son qoyduğunu bildirib. Barak Obama deyib ki, vəziyyət normallaşmaqdadır. Prezident İŞİD-in hədəfinə çevrilən qaçqınların azad edilməsi üçün əlavə əməliyyatlara ehtiyac olmadığını deyib.

Massaçussetsdə istirahətdə olan Obama İŞİD-in Amerikanın şəxsi və fiziki obyektlərinə töhlükə törətdiyi halda hücumların bərpa ediləcəyini bildirib.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi bildirir ki, İraqın şimalında dağlara qaçmış sakinlərin xilas edilməsi ehtimalı zəifdir.

Müdafiə naziri Çak Heyqel ABŞ hərbi təyyarələrinin İslamçı qruplara qarşı hava zərbələri və sakinlərə havadan ərzaq yardımı Sincar dağında vəziyyəti bir qədər yaxşılaşdırdığını deyib.

Heyqel dağlarda olan insanların nisbətən yaxşı vəziyyətdə olduğunu bildirib.

O, hava zərbələrinin və ərzaq yardımının insanları ərazini tərk etmələrinə kömək etdiyini deyib.

Birləşmiş Ştatlar vəziyyətdən çıxış yollarının araşdırılması məqsədi ilə İraqa hərbi məsləhətçilər göndərib.

ABŞ presidenti Barak Obama qoru qüvvələrin İraqa geri göndərilməsinə qarşı çıxıb.

Bu arada, seçkilərdə məğlub olmuş İraqın baş naziri Nuri Əl-Maliki beynəlxalq təzyiqə baxmayaraq, postunu tərk etmək istəmir. Cənab Maliki üçüncü dəfə vəzifəsinə davam etmək niyyətində olduğunu bildirib. O, federal məhkəmənin prezidentin onun rəqibinin baş nazir təyinatı ilə bağlı qərar çıxarmasınadək hakimiyyəti tərk etməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG