Accessibility links

Suriyadan İraqa pənah aparanların sayı artır [Video]


Suriyadan İraqa qaçanların sayı artır
please wait

No media source currently available

0:00 0:02:33 0:00
Suriyada müharibənin ikinci ildönümü yaxınlaşdıqca ölkədən İraqa qaçan mühacirlərin sayı artmaqdadır. İraqın şimalında, Suriya sərhədindən 400 km-dən çox məsafədəki Arbat qaçqın düşərgəsinə buzlu yağışlar yağır. Son 5 ayda lobya tarlasında yerləşdirilmiş bu qaşqın düşərgəsinə Suriyadan 500-dən çox qaçqın gəlib.

Küçədə soyuqdan oynaya bilməyən uşaqlar yaxınlıqdakı qoyun fermasından atılan təzəyi yandıraraq, qızınmağa çalışır. Fuaz Akıl Suriyanın Deir Əs-zur şəhərindən olan kürddür. O, 10 nəfərdən ibarət ailəsi ilə birlikdə İraqın şimal bölgəsindəki yarı-muxtar kürd hökumətinin bağışladığı çadırda yaşayır. “Biz buraya istirahətə gəlməmişik. Biz əzab çəkirik. Bizim evi dağıtdılar, biz hər şeyimizi itirdik. Biz buraya Kürdüstan olduğu və bizim xalq olduğu üçün gəldik. Buna baxmayaraq biz əziyyət çəkirik. Biz bu çadırda şənlənmək üçün yaşamırıq. Bizim evimiz, maşınımız, traktorumuz belə var idi” -deyə, o bildirir.

BMT və digər yardım təşkilatları artıq Suriyadan İraqa qaçan 80 mindən çox qaçqına yardım çatdıra bilmir. Onlara çadırları, ayaq yollarını və ərzağı yerli hökumətlər və ya ayrı-ayrı yardım təşkilatları verir.

Fatimə Musa da kürddür. O, Hələbdəki evi raketlə dağıdıldıqdan sonra minlərlə kilometr məsafə qət edərək, bu düşərgəyə gəlib. “Biz Hələbi gecə yarısı tərk etdik. Biz əvvəlcə Hasakaya, oradan da İraq sərhədinə getdik. Qar yağırdı, mən oğlumu kürəyimdə daşıyırdım.”

Yağış yağanda uşaqlar çadırların arasına girərək, islanmamağa çalışırlar.
Nə qədər ki, Suriyada böhran davam edir, bu insanlar İraqın soyuğunda əzab çəkməkdə davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG