Accessibility links

İraq Suriya ilə neft kəmərlərinin çəkilişinə dair razılıq əldə edib


İraq Suriya ilə neft kəmərlərinin çəkilişinə dair razılıq əldə edib
İraq Suriya ilə neft kəmərlərinin çəkilişinə dair razılıq əldə edib

İraq Suriya ərazisindən keçərək, Aralıq dənizinə qədər uzanan neft və qaz kəmərlərinin çəkilişinə dair Suriya ilə razılıq əldə edib. İraq hökumətinin sözçüsü Əli əl-Dabbağ deyib ki, nazirlər kabineti gündə 2, 75 milyon barrel həcmdə neftin nəql edilməsini nəzərdə tutan iki neft kəmərinin çəkilişinə razılıq verib. Neft kəmərləri İraqın şimalında Kərkük şəhərindən çəkilməyə başlayacaq. Dabbağın bildirdiyinə görə, İraq bu iki neft kəməri ilə yanaşı, qaz kəməri də çəkəcək. İraq neftini dəniz yolu ilə cənubda Bəsrə limanından, şimalda isə Kərkükdən Türkiyənin Aralıq dənizində Ceyhan limanına ixrac edir.

XS
SM
MD
LG