Accessibility links

İraq vətəndaş müharibəsi təhlükəsi qarşısındadır [Video]


İraqda təriqətlərarası münaqişələrin misilsiz səviyyədə artması ölkədə vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Bombalama və atışmaların vüsət alması ilə aprel ayı son 5 ildə ən qanlı ay olmuşdur.

BMT-nin təxminlərinə görə, 700-dən artıq insan öldürülmüşdür.
Bağdad hadisələrinin şahidi Abdulla Həsən: “Bu insanlar nə ediblər ki, belə bir bəlaya rəva görülüblər. Nə qədər insan ölüb, nə qədəri yaralanıb."

2011-ci ildə ABŞ qüvvələrinin ölkəni tərk etməsindən sonra İraqda sünni və şiələr arasında yaşananlar ən faciəvi dövr hesab edilir.

ABŞ-ın İraqdakı sabiq səfiri Ceyms Ceffri: “İraqın təhlükəsizlik qüvvələri və sünni etirazçılar, silahlı sünni qruplaşmalar və Əl-Qaidə böyük problemlər yaradır.”

Qarşıdurmalar hökumət qvvələrinin sünni nümayişçilərə Kərkük yaxınlığındakı reydi ilə baş qaldırıb.

Qarşıdurmalar onlarla insan həyatının itirilməsinə səbəb olub.
İraq siyasətçiləri arasında dərin parçalanma mövcuddur. Hökumət sünni, şiə və kürdlər arasında parçalanıb.

ABŞ-ın Sülh İnstitutunun əməkdaşı Sərhəng Hamasəid siyasi lanşaftın iflic vəziyyətində olduğunu deyir.“Təriqət,dini və siyasi parçalanmalarla idarə edilən parlament, Nazirlər Şurası, Vilayətlər Şurası ilə dialoq qeyri-mümkündür.”

Təhlilçilərin fikrincə, Əl-Qaidə elementlərinin məscidlər və mülki hədəfləri bombalaması məhz təriqətlərarası münaqişələrin qızışdırılmasına xidmət edir. 2006-2007-ci illərdə on minlərlə insan qurban gedib. İndi isə orada vəziyyətə müdaxilə edəcək ABŞ qüvvələri yoxdur.

Siyasi commentator Sərməd Əl-Taiye:“Əvvəlki müharibə qisas mahiyyətli bir müharibə idi. İndiki müharibə isə İraqın gələcəyi naminə olacaq."

İraqın baş naziri Nuri Əl-Maliki ölkədə sakitlik və dialoqa səsləyib. “Təriqətlərarası münaqişə qələbə və ya məğlubiyyətlə nəticələnməyəcək. Bu, hamımızın məğlubiyyəti olacaq.”

Təhlilçilər bir zamanlar təmkili olmağa səsləyən sünni ərəb şeyxlərinin indi müharibəyə çağırdığını deyir. Xəbərlərdə onların bəzilərinin artıq müharibə hazırlıqlarına başladığı bildirilir.
XS
SM
MD
LG