Accessibility links

Bağdadda tələbələr müharibəyə məhəl qoymur, onlar sevgi axtarışındadır [Video]


Bağdadda tələbələr müharibəyə məhəl qoymur, onlar sevgi axtarışındadır
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Bağdadda tələbələr müharibəyə məhəl qoymur, onlar sevgi axtarışındadır

Bağdad Universitetinin tələbələri körpəliklərindən bəri müharibə şəraitində yaşayıblar.

İraq silahlı qruplar, ünvanlı qətllər, məzhəblərarası bomba hücumları və İslam Dövləti qrupunun vəhşilikləri ilə çalxalanır. Bəlkə də elə bu səbəbdən tələbələr diqqətlərini gələcəklərinə, dostlarına, Facebook və sevgiyə verirlər.

Müharibənin olmasına baxmayaraq, biz normal həyat sürürük, gəzməyə gedirik, əylənirik, sevirik. Müharibə olan yerdə də məhəbbət olur.

Universitetin yerləşdiyi əraziyə daxil olmaq iki nəzarət-buraxılış məntəqəsindən keçəndən sonra mümkünür. Amma daxil olduqdan sonra orada ağaclarla əhatələnmiş yollar və maşın dayanacaqlarının arasında nimdaş görkəmli sinif otaqlarını görmək olar.

Sinifdə isə gülən, söhbət edən tələbələr sonuncu imtahanlarını verməyə hazırlaşır.

Gənc qızlar bəzənib, saçları, qaşları düzəldilib, dodaqları boyanıb.

Daha mühafizəkar qadınlar isə uzun qollu geyimlərdədir, saçları qapalıdır, amma hicabları ya göy ya da qırmızı rəng, uzun donları isə bədən formalarına uyğundur. Digər qadınlar saçları açıq şəkildə, cins şalvar və köynəkdədir.

Gənc oğlanlar gülürlər və bəziləri saçlarını yeni dəbə uyğun olaraq kəsdirib.

ABŞ əsgərləri 2003-cü ildə İraqa daxil olanda bu tələblərin çoxu körpə idi, əl-Qaidə isə ölkəni terrora məruz qoyduğunda onlar hələ heç yeniyetmə də deyildi.

İslam Dövləti qrupu ilə yaşamaq

O zamandan bəri zorakılıq həyatlarının bir parçasına çevrilib. Məsələn, onların hər gün üzləşmək məcburiyyətində olduqları kabuslardan biri İslam Dövlətidir.

Bağdad Universitetinin tələbələri
Bağdad Universitetinin tələbələri

Tələbələr imtahan götürdükləri sırada Bağdadın şərqində bir bomba partladı. Onlar buna əhəmiyyət vermədi.

Həmid Müvəffəq universitetin həyətində skamyada oturub dostları ilə gülür. O, insanların nə məqsədlə İŞİD-ə qoşulduqlarını başa düşmür.

“Bilmirəm, bəlkə də onlara pul verilir. Amma mən bir insanın insanları öldürməsini və ya özünü partlatmasını anlamıram. Əminəm ki, əgər hökümət bunun səbəbini bilsəydi, buna bir çarə tapardı,” deyə o bildirir.

Mexanika mühəndisliyi oxuyan Müvəffəqi daha çox narahat edən isə iş tapa bilməkdir.

“Mən dördüncü kursdayam və gələcəyim haqda düşünürəm. Ümid edirəm ki, universiteti bitirəndə iş tapıb karyerama başlayacam. Amma hələ ki, burda vəziyyət yaxşı deyil. Çox mühüm bir insanın dəstəyi olmadan iş tapmaq mümkün deyil,” o bildirir.

Bu isə onun İraqda mövcud olan korrupsiya və nepotizmə gizlicə istinadıdır.

Əylənməyə çalışmaq

Silahla qorunan nəzarət buraxılış məntəqələrinə baxmayaraq, tələbələr Bağdadda həyatın digər şəhərlərə bənzədiyini deyir.

Özünü Sacida kimi təqdim edən tələbə dostları ilə söhbət edəndə daima dəbə uyğun olaraq düzləşdirilmiş saçları ilə oynayır.

“Müharibənin olmasına baxmayaraq, biz normal həyat sürürük, gəzməyə gedirik, əylənirik, sevirik. Müharibə olan yerdə də məhəbbət olur,” deyə o bildirir.

Sacida restoran, kafe, alış-veriş mərkəzlərinə getdiyini, dostları ilə vaxt keçirməyi sevdiyini və telefonda çox danışdığını deyir. O, yaxşı tələbə olmamasına gülür.

Yəqin ki, başqa iraqlılar da bacara bilsə, onun kimi yaşamaq istəyər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG