Accessibility links

İraqda iyul ayının 23-də həyata keçirilən terror hücumları ABŞ-ın kəskin tənqidi ilə qarşılanıb. Son iki il ərzində yol verilən ən qəddar zorakılıq səbəbi ilə 115 adam həlak olub, onlarla insan yaralanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Niland deyib ki, biz hücumları qətiyyətlə pisləyirik. “Günahsız insanların hədəf alınması qorxaqlıqdır. Xüsislə də müqəddəs Ramazan ayında. Mən bunu qeyri-adi hal adlandırmaq istərdim. Lakin təəssüflər olsun ki, müqəddəs ayda terrorçuların hücumları qeyri-adi hal deyil. “

İraqdakı Əl-Qaidə yeni hücumlar barədə təhdidilərindən bir gün sonra hücumun məsuliyyətini üzərinə götürüb. Koordinasiyalı şəkildə, bir neçə saatlıq fasilə ilə həyata keçirilən hücumlar əsasən sünni məhəllələrini hədəf alıb. Məhz buna görə ölənlərin əksəriyyəti sünnilərdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Niland Əl-Qaidənin bu qorxunc taktikasını sünnilərin hökumətləri və İraqın bütün təsisatları əleyhinə qalxması, hakimlər və müfəttişləri qətlə yetirməsinə şövq etmək cəhddir. “İraqlılar terrorçuların məğlub olacağına inanır. Lakin terrorçular və İraqın marağında olmayanlar üçün Ramazan aylarında hücumlar istismar üsuluna çevrilib.”

Viktoriya Niland son illər İraqda təhlükəsizlik vəziyyətinin düzəldiyini deyib. O bildirib ki, Amerikanın İraqın təhlükəsizlik qüvvələrinə dəstəyi davam etdiriləcək. “İraq qüvvələri təhlükəsizliyin məsuliyyətini təhvil almaq üçün uzun və gərgin mübarəzədən keçib.”
XS
SM
MD
LG