Accessibility links

Hərbi mənbələrə istinadən bildirilir ki, İraq ordusu və əsasən şiə döyüşçülərdən ibarəd qüvvələr Tikritin nəzarətini tam ələ almaq üçün bu gün əlavə dəstək gözləyib.

İraq ordusunun 20 mindən çox əsgəri və İranın dəstəklədiyi şiə yaraqlılar Tikritə çərşənbə günü girərək, şəhərin bəzi hissələrinin nəzarətini ələ alıb.

Yerli hərbi hissədən Reuters agentliyinə verilən xəbərdə deyilib ki, şəhərin yarısı hələ də İslam Dövləti döyüşçülərinin əlindədir və onlar həmin ərazilərə minalar və partlayıcı qurğular yerləşdirib.

Tikritdən telefon vasitəsilə verilən məlumatda küçə döyüşləri üçün yaxşı təlim keçmiş hərbçilərə ehtiyac olduğu bildirilib.

XS
SM
MD
LG