Accessibility links

Sərhəd bölgələrdə qızğın döyüşlərdən sonra Türkiyənin qırıcı təyyarələri İraqın şimal bölgəsini atəşə tutub. Türkiyə ordusunun bəyanatında PKK üzvlərinə məxsus hədəflərin atəşə tutulduğu bildirilir. Hücumdan sonra təyyarələrin geri döndüyü deyilir.

Ötən həftə Türkiyə əsgərləri ilə PKK yaraqlıları arasında qarşıdurma nəticəsində 26 separatist öldürülmüşdü. PKK-nın 100-dən artıq döyüşçüsü Həkkari vilayətinə qarşı hücuma keçmiş, nəticıdə 9 türk əsgəri həlak olmuş, 19-u yaralanmışdı.

İraqın kürd regionunun prezidenti Məsud Bərzani Türkiyənin hava hücumunu pisləyərək, problemin sülh yolu ilə həllinin vacibliyini önə çəkmişdi. Ərbildə keçirilən mətbuat konfransında prezident Türkiyə ərazisi və kənarlarında həyata keçirilən hücumlara görə təəssüfünü bildirmişdi.

İraqın neftlə zəngin Kürdüstan regionu kürdlər, türkmənlər və ərəblər arasında etnik münaqişə zonasıdır.
XS
SM
MD
LG