Accessibility links

İraq müharibəsindən 10 il keçir [Video]


Birləşmiş Ştatların İraqda o zaman prezident Səddam Hüseynin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş müdaxiləsindən 10 il keçir. İraqlıların bir hissəsi vəziyyətin düzəldiyini desə də, bir çoxları müharibənin qoyub getdyi irsdən narahatdır.

Bağdadın mərkəzindəki Batavin məhəlləsində insanlar çörək pulu qazanmaq ümidi ilə səhər tezdən küçələrə çıxır.

Abid Xalid rəngsazdır. O, 10 ildir buraya artıq gəlir. O deyir ki, ayın bir neçə gününü işləyir və günə 35 dollar qazanır. “Hamı əziyyət çəkir. İş yoxdur. İş üçün adam axtaranlar gələndə hamı birinci olmağa tələsir. Gəlir çox azdır. Vəziyyət isə gündən-günə pisləşir.”

Bağdad küçələrində avtomobillər və işə tələsən insanların yaratdığı izdiham var. Təhlükəsizlik tədbirləri avtomobillərin hərəkətini daha da yavaşıdır. Sakinlərin çoxu həyatın ağır olduğunu deyir. Çox az sayda insan 100 mindən çox adamın həyatına son qoyan münaqişədən faydalana bilib.

9 uşağı və 21 nəvəsi olan Najilə Əli Səba adlıb u qadın bazarlığa çıxıb. O, bomba hücumlarının böyük narahatlıqlara səbəb olduğunu deyir. “Terrorçulara görə və təhlükəsizlik səbəbindən həyatımız çətinləşib. Terrorçuların çoxu iraqlı deyil, onlar xaricdən gəlir.”

10 il bundan əvvəl Birləşmiş Ştatlar ordusu və hərbi hava qüvvələri İraqa hücum etdi və bununla da Səddam Hüseyn rejiminə son qoyuldu. Lakin iraqlıların çoxu yeni sistemin onların arzu etdiyi azadlıq və demokratiyanı gətirmədiyini deyir.
İraqlılar ən çox öz siyasətçilərini günahlandırırl. Onlar siyasətçiləri korrupsiyada və karyera xatirinə təriqətlərarası münaqişələrdə ittiham edir.

Bağdadın Siyası Təhlil Mərkəzinin başçısı Hadi Cəllo Mari: “İraqlılar arasında dərin fikir ayrılığı hökm sürür. Bəzi kürdlər və şiələr Səddam Hüseyni günahlandırır. Lakin sünnilər hüquqlarının pozulduğunu deyərək, Səddama üstünlük verirlər.”

Həyat səviyyəsinin daha yüksək olduğu Mənsur məhəlləsində axşamlar insanlar bazarlığa çıxır. Geyim dükanının sahibi Usama Rəşid bəzi günlər qazancın yaxşı olduğunu desə də, bomba hücumlarının baş verdiyi günlər insanların qorxaraq evlərindən çıxmadıqlarını və ticarətin dayandığını bildirir. “3-4 il bundan əvvəllə müqayisədə təhlükəsizlik indi daha yaxşıdır. Bundan sonra daha da yaxşı olacağına ümid edirəm.”

Şəhərin bəzi sakinləri hələ də həyatın normal məcraya qayıtmamasına görə ümidsizdir. Başqaları daha ümidlidir. Çoxları isə bu günlə yaşadıqlarını deyirlər.
XS
SM
MD
LG