Accessibility links

ABŞ Müdafiə naziri İranın İraqda üsyançıları silahla təmin etməsindən narahatlığını bildirib(YENİLƏNİB)

ABŞ-ın Müdafiə naziri Leon Panetta deyib ki, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri İranın Amerika əsgərlərinin qətlində günahkar bilinən şiə üsyançılarını silahla təmin etməsinin qarşısını alacaq.

Bu gün Bağdadda Amerika əsgərləri ilə görüşdə danışan Panettanın sözlərinə görə, ABŞ İraq üsyançılarının silahla təmin edilməsinə imkan verə bilməz və bu vəziyyətin həllinə çalışacaq.

ABŞ rəsmiləri İranı şiə yarı hərbi qüvvələri iyun ayında 15 Amerika əsgərinin öldürlüməsində istifadə edilmiş silahla təmin etməkdə ittiham edir. Bu, ABŞ silahlı qüvvələrinin İraqda son iki ildə ən böyük itki verdiyi ay olmuşdur.

Panetta İraqa səfəri zamanı baş nazir Nuri əl-Məliki də daxil olmaqla ölkə liderləri ilə görüşlər keçirəcək. Danışıqlar zamanı onun ABŞ hərbi qüvvələrinin bu ilin sonunda ölkədən çıxması üçün qoyulmuş vaxdan sonra da İraqda qalıb-qalmaması ilə bağlı qərar çıxarmaq üçün İraq rəsmilərinə təzyiq göstərəcəyi gözlənilir.

XS
SM
MD
LG