Accessibility links

İraqda hücumlar zamanı 8 nəfər həlak olub (YENİLƏNİB)

  • Amerikanın səsi

İraqda hücumlar zamanı 8 nəfər həlak olub (YENİLƏNİB)

İraqda hücumlar zamanı 8 nəfər həlak olub (YENİLƏNİB)

İİraq polisi ölkənin bir sıra yerlərində baş vermiş hücumlar zamanı 8 adamın öldüyünü, 14 nəfərin yaralandığını bildirir. Bağdadın 50 kilometrliyində yerləşən İsgəndəriyyə şəhərində bomba hücumları zamanı ölən altı nəfərin ikisi uşaqdır. Polis bildirir ki, iki evin ətrafında gecə baş vermiş bomba partlayışları nəticəsində ətrfdakı evlərə zərər dəyib. Hücumların motivi aydın deyil. İsgəndəriyyə üsyançıların ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinə qarşı döyüşdüyü zaman zorakılıqlara səhnə olmuşdu. Lakin son illər şəhərdə nisbi sakitlik müşahidə edilir. İraqın Diyala vilayətində Xales şəhərində baş vermiş daha bir zorakılıq hadisəsi zamanı İraq əsgəri evinin qarşısında güllə ilə vurulub öldürülüb. Bağdaddan qərbdə ayrı bir hücum zamanı isə əl-Qaidə əleyhdarı olan İraq yarı hərbi dəstələrinin başçısı öldürülüb, iki nəfər yaralanıb. Bu arada, radikal şiə ruhani Müqtəda əl-Sədr bu ilin sonundan sonra İraqda qalacaq ABŞ-ın hərbi təlimçilərinə hərbi müqavimət göstərməyə çağırıb. Tanınmış Amerika əleyhdarı ruhani öz veb səhifəsində bu çağırışla çıxış edib. əl-Sədrin Mehdi Ordusu 2008-ci ilə qədər ABŞ əsgərlərinə qarşı göyüşüb. Bundan sonra əl-Sədr hərbi qüvvələri buraxıb və səylərini İraqda siyasi proseslərə yönəldib.

XS
SM
MD
LG