Accessibility links

Avqust ABŞ hərbi qüvvələrinin İraqda tələfat vermədiyi ilk aydır

  • Amerikanın səsi

Avqust ABŞ hərbi qüvvələrinin İraqda tələfat vermədiyi ilk aydır

Avqust ABŞ hərbi qüvvələrinin İraqda tələfat vermədiyi ilk aydır

ABŞ hərbi qüvvələri avqust ayında İraqda heç bir tələfat verilmədiyini bildirir. Bu, 2003-cü ildə İraqa müdaxilə başlayandan ilk dəfədir bir ay ərzində ABŞ hərbi qüvvələri tələfat vermir. Bundan öncə iyun ayı hərbi qüvvələrin İraqda son iki ildə bir ay ərzində ən çox tələfat verdiyi ay kimi qeydə alınmışdır. İyun ayında İraqda 15 Amerika əsgəri həlak olmuşdu. 2003-cü ildə müharibə başlayandan İraqda 4400 Amerika əsgəri və hərbi personalı həlak olub. Hazırda ABŞ-ın İraqda 50 min əsgərdən ibarər hərbi qüvvəsi var. Bu ilin sonuna qədər Amerika əsgərlərinin İraqdan çıxarılması nəzərdə tutulur. ABŞ-ın İraq rəsmiləri hərbi qüvvələr çıxarıldıqdan sonra İraqın ölkədə təhlükəsizliyi özünün təmin edə bilməsilə bağlı narahatlıqlarını ifadə edirlər.

XS
SM
MD
LG