Accessibility links

ABŞ İraqın federal sistemdə biriliyinə dəstək verir


ABŞ ekspertləri Amerika-İraq münasibətləri və Kürdüstan regionunun gələcəyini müzakirə edib

Vaşinqtondakı Yaxın Şərq institutunda Amerika əsgərlərinin İraqdan çıxarılmasından sonra ABŞ -İraq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. İraqın muxtar Kürdüstan regionu aparıcı ekspertlərin iştirakı ilə keçən müzakirələrin diqqət mərkəzində olub.

Keçən ay Kürdüstan müxtar regionunun prezidenti Məsud Barzani İraqdan müstəqilliklə bağlı referendum keçirəcəyi ilə hədələmişdi.

ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Ceffri Feltman Birləşmiş Ştatların İraqın federal sistem daxilində birliynə dəstək verdiyini bildirib. Ceffri Feltman :“Biz prezident Barzaniyə naharatlıqları başa düşdüyümüzü aydın bildirmişik. 2010-cu ildə noyabrda əldə edilmiş İrbil razılaşmasına əməl olunması işinə sadiq qaldığımızı, konstitusiyanın təmin olunması və öz nüfuzumuzdan konstitusiyanın maddələrinə əməl olunması üçün istifadə edəcəyimizi ayın şəkildə ona çatdırmışıq. Lakin biz bunu İraqın federal sistemdə birliyinə dəstək prinsipinə əsaslanan siyasətimizə uyğun olaraq həyata keçiririk.”

Müstəqillik istiqamətində addım atmaq Kürdüstan üçün maliyyə baxımdan problemlər yarada bilər. İraq hökuməti hazırda federal büdcənin 17 faizini muxtar Kürdüstan regionunun inkişafına ayırır.

Yaxın Şərq məsələləri üzrə tədqiqatçı Daniyel Server deyir ki, maliyyə problemləri Kürdüstan regionunun müstəqilliyi istiqamətində addımlardan geri çəkilmək üçün ilk səbəb olmalıdır.

Daniyel Server: “Problem referendum deyi, çünki o nə vaxt istəsə keçirə bilər və biz nəticələrin necə olacağını bilirik. Problem tanınma məsələsidir və o buna nail ola bilməyəcək. Müstəqil Kürdüstan Türkiyə, indiki vəziyyətdə bunun nə dərəcədə belə olduğunu deyə bilmərək, amma hər halda Suriya, İran və İraqın ərəb hissəsi tərəfindən düşmən münasibətlə qarşılaşacaq. Bu, işə yaramayacaq. Çıxılmaz bir vəziyyət alınacaq və öz ölkəni belə bir çıxılmaz vəziyyətə salmağın heç bir mənası yoxdur, xüsusilə də 11 milyard dollarlıq dəstəyi itirdiyin bir yerdə.”

İraqın BMT-dəki keçmiş səfiri müstəqil Kürdüstanın İraqın legitimliyi baxımından problem yaradacağını qeyd edib. Feysəl İstrabadi: “Barzani heç vaxt ictimai ritorikanı bu səviyyəyə qaldırmamışdı. Mən hesab edirəm ki, belə bir referendum olsa, onun nəticələrinin tanınması kimi bir problem yarana bilər, lakin İraq üçün bu, legitimlik baxımından olduqca ciddi problemlər demək olacaq.”

Səfir Feysəl İstrabadi eyni zamanda, Kürdüstan regionunun hazırda qonşu ölkələrlə münasibətlərinin yaxşı səviyyədə olduğunu göstərib.

XS
SM
MD
LG