Accessibility links

Bağdadda bomba partlayışları nəticəsində 8 adam həlak olub


Bağdadda bomba partlayışları nəticəsində 8 adam həlak olub
Bağdadda bomba partlayışları nəticəsində 8 adam həlak olub

Bağdadın mərkəzi bazarında üç bombanın partlaması nəticəsində 8 adam həlak olub, 20 adam yaralanıb. Partlayışlar İraq paytaxtının Şorca bazarında insanların Qurban bayramı münasibətilər alış-veril etdiyi zaman baş verib.

Bu il İraqda zorakılıq aksiyalarının sayı ciddi şəkildə azalsa da, ABŞ və İraq rəsmiləri Amerika əsgərlərinin ölkədən çıxarılması prosesi davam etdikcə Əl-Qaidə ilə əlaqəsi olan qrupların hücumları artıracağı ilə bağlı narahatlıqlarını bildiriblər.

Hazırda ABŞ-ın İraqda qalan 33 min nəfərlik əsgəri qüvvəsi bu ilin sonuna qədər ölkədən çıxarılacaq.

XS
SM
MD
LG