Accessibility links

Bağdadda bomba hücumları zamanı 14 adam həlak olub

  • Amerikanın səsi

Bağdadda bomba hücumları zamanı 14 adam həlak olub

Bağdadda bomba hücumları zamanı 14 adam həlak olub

İraq rəsmiləri paytaxt Bağdadda baş vermiş ayrı-ayrı bomba hücumlarında azı 14 nəfərin həlak olduğunu bildiriblər. Hücumların hədəfi şiə zəvvarlar olub. Hadisə qurbanlarının çoxu şiə zəvvarlardır. Onların bəzisi iranlıdır. Rəsmilərin bildirdiyinə görə, Bağdadda şiələrin yaşadığı Baiiyyə rayonunda baş vermiş ən güclü hücum nəticəsində altı adam ölüb, 40-dan çox adam yaralanıb. Digər hücumlar daha 40 adamın müxtəlif xəsarət alması il nəticələnib. İraqdakı şiə məbədləri ziyarət edən zəvvalar müxtəlif hücumlara məruz qalıb. Paytaxtda iranlı zəvvarların qaldığı qonaq evinə hücum edilib. Daha bir hücum zamanı isə içində bomba yerləşdirilmiş maşın iranlıları daşıyan avtobusa dəyib. Bağdadın təhlükəsizlik rəsmiləri hücumlara görə əl-Qaidənin məsuliyyət daşıdığını deyərək, şiələrə hücumların təriqət zəminində münaqişəni qızışdırmaq cəhdi olduğunu deyiblər.

XS
SM
MD
LG