Accessibility links

ABŞ qüvvələri İraqda hücumları davam etdirir


ABŞ-ın Müdafiə Nazirliyinin bildirdiyinə görə, qüvvələr bu gün 3.5 saat hücumlar həyata keçirib.

Pentaqon İrbil şəhəri yaxınlığında silahla dolu yük maşının məhv ediliyini deyir.

Bu, ötən həftə ABŞ prezidenti Barak Obamanın 2011-ci ildən ABŞ qüvvələrinin İraqı tərk etməsindən sonra ilk əməliyyatlara göstərişindən sonra dördüncü hücumdur.

Kürdüstan rəsmiləri 200 min insanın dağlıq bölgələrə qaşdığını bildirir.

Bu arada ABŞ qüvvələri İraqın şimalında toplaşmış qaçqınlara havadan humanitar yardımları davam etdirir. 3 təyyarə evlərindən didərgin düşən xristianlar, yəzidilər və digər dini azlıqları ərzaq və içməli su ilə təmin edib.

Bu gün ilk dəfə Britaniya qüvvələri də qaçqınlara havadan yardım çatdırıb. Dünən ABŞ ordusu İŞİD-ə qarşı dörd hava hücumu həyata keçirib. Hücumda həm qırıcı, həm də pilotsuz təyyarələrdən istifadə edilib.

BMT-nin baş katibi Ban Gi Mun vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək, İraq liderlərini təcili şəkildə bütün icmaları təmsil edən hökumətin təşkilinə çağırıb.

ABŞ prezidenti İŞİD-in silah və təchizatlarının məhv edildiyini bəyan edib. Barak Obama deyib ki, bu qrupun yaratdığı problemlərin həlli vaxt aparacaq.

Fransanın xarici işlər naziri Loren Febye Bağdadda rəsmi nümayəndələrlə hökumətin təşkilinə dair danışıqlar aparır.

Beynəlxalq Miqrasiya Təşkilatı İraqda 1 milyon insanın didərgin düşdüyünü bildirir.

XS
SM
MD
LG