Accessibility links

İraqda 1.5 milyon qaçqına yardım məqsədi ilə 19 milyon dollara ehtiyac var


Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti İraqda 1.5 milyon qaçqına qış mövsümündə yardım məqsədi ilə 19 milyon dollara ehtiyac olduğunu bildirir.

İslam Dövlətinin hücumlarından əsasən İrbil və Dohuk əhalisi didərgin düşüb.

Temperaturun sıfırdan aşağı düşməsi ilə yüz minlərlə insan ağır vəziyyətdə yaşayır.

​Cəmiyyətin sözçüsü Martşa Karpentierin bildirdiyinə görə, insanlar su, ərzaq, səhiyyə xidmətləri və digər lazımi avadanlıqların qıtlığını çəkir.

Ən böyük narahatlıq sahəsi təbabətdir. Regionda səhiyyə ocaqları bağlanıb, insanlar ciddi xəstəliklər riski qarşısındadır.

İraqda 2 milyon məcburi köçkünün yarım milyonu Kürdüstan regionunun payına düşür. Digərləri isə İslam Dövlətinin nəzarəti altında olan mərkəzi və cənub regionlarda yaşayır.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 4 mindən artıq könüllüsü yardım əməliyyatlarında iştirak edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG