Accessibility links


İraqın sünni baş nazir müavininin ölkənin qərbində hökumət əleyhinə nümayişdə gərginliyi azaltmaq cəhdi qarışıqlıaqla nəticələnib. Mühafizəçilər baş nazir müavininə hücum etməyə cəhd göstərən etirazçılara atəş açmış, nəticədə bir neçə adam yaralanmışdır.

İnsident sünnilərin şiə baş nazir Nuri Əl-Məliki hökuməti tərəfindən ayrı-seçkilik siyasətinə qarşı bir həftədir nümayiş keçirdikləri Ramadi şəhərində baş verib. Nümayişçilər əsas şosse yolunu bağlıayıblar.

İraq hökumətində ən nüfuzlu sünni siyasətçilərdən biri olan baş nazir müavini Saleh Əl-Mütləq sünnilərin narahatlıqlarını ünvanlamaq məqsədilə Ramadiyə gözlənilmədən səfər edib. Lakin onun gəlişi nümayişçilərin çoxu tərəfindən tərəfindən qəzəblə qarşılanıb. Onlar baş nazir müavininin ünvanına nalayiq sözlər söyləmiş, onu müşayiət edənlərə butulka və daş atmışlar.

Saleh Əl-Mütləqin cangüdənləri onu hadisə yerindən aparmaq üçün xəbərdarlıq atəşi açmışlar. İki nümayişçinin mühafizəçilərin təsadüfən, ya da bilərəkdən açdığı atəç nəticəsində yaralandığı aydın deyil.
XS
SM
MD
LG