Accessibility links


İraq rəsmiləri ərəb televiziya kanalı olan Əl-Cəzirə və başqa doqquz kanalın lisenziylarını təriqət zəminində zorakılıqları qızışdırmaqda ittiham edərək dayandırıb.

Yayımın dayandırılmasına qərar bazar günü qüvvəyə minir. Qətərdə yerləşən Əl-Cəzirə televiziya şəbəkəsinin açıqladığı bəyanatda Bağdad rəsmiərinin bu qərarının təəccüblə qarşılandığı deyilir. Yayım şikəri İraqla bağlı xəbərlərdə bütün tərəflərin mövqelərinə yer verildiyini bildirir.

Qərarda yayım şirkətlərinin peyk siqnallarının qarşısının alındığı deyilməsə də, təhlükəsizlik orqanları tərəfindən onların müxbirlərinin ölkədə fəaliyyətinə dair xəbərdarlıq edilir.

İraqın Rabitə və Media Komissiyasının açıqladığı bəyanatda tele-şirkətlər şiələrin başçılıq etdiyi hökumətin zorakılıqların qarşısını almaq üçün yerləşdirdiyi təhlükəsizlik qüvvələrinə qarşı “cinayətkar qisas aksiyaları”nı qızışdırmaqda günahlandırır.

“Əl-Şərqiyyə” və “Bağdad” da daxil olmaqla, tele-kanallarıda çoxu sünni tərəfdarıdır və şiə baş nazir Nuri Əl-Məliki hökiumətinə qarşı tez-tez tənqidlər səsləndirir.
XS
SM
MD
LG