Accessibility links

İraqda intiharçı hücumu zamanı orduya çağırışçılar hədəf alınıb


İraqda intiharçı Bağdad yaxınlığında yerləşən hərbi hava limanının qarşısında orduya yazılan 21 çağırışçının ölümülə nəticələnmiş hücum həyata keçirib. Onlarla insanın hücum nəticəsində yaralandığı bildirilir.

Hücum Ənbər vilayətində İraq təhlükəsizlik qüvvələri ilə Əl-Qaidə yaraqlıları arasında münaqişə gedən zaman baş verib.

Xilasetmə işçiləri hərbi hava limanında hücum nəticəsində yaralananları xəstəxanaya çatdırıb.

Hərbi əməliyyatların rəhbəri Saad Maan dövlət televiziyasına verdiyi məlumata əsasən, intiharçı gödəkçisi geymiş şəxs orduya sıralaraına yazılan bir qrup əsgərin toplaşdığı yerə yaxınlaşaraq, üzərində gəzdirdiyi partlayıcıları işə salıb.

Hadisənin şahidi olduğunu deyən bir gəncin sözlərinə görə, intiharçı insanların toplaşdığı yerə yaxınlaşıb. Gənc deyib ki, başqa iş imkanları olmadığına görə insanlar orduya yazılmaq üçün növbədə dayanır.

Polis qüvvələrinin ildönümü münasibətilə nitq söyləyən Baş nazir Nuri Əl-Məliki terrorizm və ad çəkmədən onu dəstəkləyən ölkələri tənqid hədəfinə çevirib. O deyib ki, bəzi ölkələr başqa ölkələri əsarət altına almaq üçün terrorizmdən istifadə etməyə davam edərək, daha çox zorakılıqla qarşılaşır.

Cənab Məliki İraqın terrorizmlə mübarizədə başqalarına kömək edə biləcəyini desə də, detallara varmayıb. Suriya müxalifətinin liderləri İraqın şiə baş nazirini prezident Bəşar Əl-Əsəd rejimini dəstəkləməkdə ittiham edib.

İraqın qərbində yerləşən Ənbər vilayətində döyüşlərin, Fəllucə və Ramadi şəhərlərində isə gərginliyin nisbətən azalması müşahidə edilib.Cənab Məliki yerli sünni qəbilələri Əl-Qaidə ilə əlaqəsi olan İraq və Leventdə İslam dövləti qrupunun yaraqlılarının məğlub edilməsi işinə başçılıq etməyə çağırıb.

Ənbər vilayət şurasının başçısı Sabah Karhut Bağdadiyyə televiziyasına müsahibədə Fəllucədə hazırda döyüşlərin getmədiyini və vəziyyətin tam normal olduğunu deyib. O, polis qüvvələrinin təhlükəsizliyə görə nəzarəti ələ almaq üçün təlim aldığını bildirib.

İraqın Ənbər vilayətində ordu əməliyyat komandiri Raşid Fleyh müxbirlərə hökumət qüvvələrinin vertolyotlarının hava hücumları nəticəsində yaraqlıların qabiliyyətini 60 faiz məhv edildiyini bildilrib. Baş nazir Nuri Əl-Məliki bir neçə gün bundan əvvəl Fəllucədə quruda əməliyyatların aparılmasına çağırmışdı.
XS
SM
MD
LG