Accessibility links

İraqlılar üsyançılara qarşı döyüşmək üçün könüllü olaraq orduya yazılır


Yüzlərlə iraqlı ölkənin şimal bölgələrində nəzarəti ələ almış islamçı yaraqlılara qarşı döyüşmək üçün paytaxt Bağdad və ölkənin başqa şəhərlərində orduya könüllü yazılmaq üçün çağırış mərkəzlərinə üz tutub.

Könüllülər bu addımı İraqın nüfuzlu şiə din xadimi olan Ayətullah Əli Əl-Sistaninin çağırışına cavab olaraq atır.

Ayətullanın sözçüsü Əbdul Mehdi Əl-Kərbəlayi cümə günü Kərbəla məscidində xütbə zamanı iraqlıları “ lökəni onun xalqını və müqəddəs ziyarətgahların qorumaq üçün terrorçulardan müdafiə etmək üçün döyüşə səsləyib.

İraqın Baş naziri Nuri Əl-Məliki Samirə şəhərində hərbi komandirlərə könüllülərin üsyançıları məğlub etmək üçün əsgərlərə kömək etdiyini deyib.

Cənab Məliki habelə bildirib ki, bu həftə Mosulda öz mövqelərini tərk edərək, hərbi formalarını küçələrdə atıb getmiş əsgərlər ölüm cəzası daxil olmaqla, ciddi cəza almaq üçün öz birləşmələrinə qayıtmalıdır.
XS
SM
MD
LG