Accessibility links

İraq ordusu Tikriti geri almaq üçün əməliyyata başlayıb


İraq ordusu Tikrit şəhərini sünni ekstremistlərdən geri almaq üçün genişmiqyaslı əməliyyata başlayıb.

Hərbi rəsmilərin bildirdiyinə görə, quruda əməliyyatlar şəhərdə sünni üsyançılar və universitet şəhərciyinin nəzarətini ələ almağa çalışan İraqın xüsusi təyinatlı qüvvələri arasında şiddətli döyüşlə başlayıb. İraq ordusunun hərbi vertolyotları üsyançıların ərazidən geri çəkilməsi üçün havadan atış açıb, tanklar isə cənubdab hücuma keçib.

Tələfatlar haqda hələlik məlumat verilməyib.

İraq ordusunun hücumu Birləşmiş Ştatlar rəsmilərinin ABŞ hərbi qüvvələrinin üsyançılarla mübarizəyə kömək məqsədilə ölkəyə göndərilmiş Amerika hərbi personalını qorumaq üçün pilotsuz təyyarələrin İraqın hava hövzəsində uçuşlar təşkil etdiyi ilə bağlı açıqlamda verməsindən bir qədər sonra başlayıb.

ABŞ prezidenti Barak Obama hökumət qüvvələrinin gücləndirilməsi və sünni üsyançılara qarşı birgə əməliyyatların keçirilməsinə kömək məqsədilə bu ayın əvvəli İraqa 300 nəfərdən ibarət hərbi personal göndərib.

XS
SM
MD
LG