Accessibility links

İraqda zorakılıqlar


İraqda bazar günü intiharçı bomba hücumları və yol kənarında yerləşdirilmiş bomba partlayışları zamanı kürd təhlükəsizlik qüvvələrinin 50 üzvü və bir polis rəisi öldürülüb.

İntiharçı hücumları Baqubadan şimalda Qara Tappahda İraq hökumətinə məxsus obyektdə kürd hərbi veteranlarının hərbi əməliyyatlara qoşulmaq üçün qeydiyyatdan keçdiyi zaman baş verib. Rəsmilərin sözlərinə görə, bir intiharçı gödəkçəsində gizlətdiyi partlayıcıları bazanın qarşısında partladıb, bundan bir neçə dəqiqə sonra isə daha iki intiharçı partlayıcılarla dolu maşınları binaya sürüb. Hücum nəticəsində təxminən 60 adamın yaralandığı bildirilir.

Qara Tappah bələdiyyə şurasının üzvü Səlahəddin Baban Amerikanın Səsinin kürd xidmətinə müsahibədə partayışların güclü olduğunu və 100 metrlik məsafədə insanların ölümünə səbəb olduğunu deyib. Onun sözlərinə görə, partlayış nəticəsində üç bina dağılıb, içəridə olan insanlar həlak olub.

Bir neçə saatdan sonra hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam Dövləti qrupu intiharçıların qeyri-iraqlı cihadçıların olduğunu bildirib.

Ənbərdə isə vilayət mərkəzi olan Ramadi yaxınlığında bir gün öncə İraq təhlükəsizlik qüvvələri tərəfindən təmizlənən ərazidə səfərdə olan briqada generalı Əhməd Əl-Dulaimi öldürülüb.

İraq rəsmiləri bu ərazinin Bağdad və Suriya sərhədi arasında İslam Dövləti qrupunun yaraqlılarının nəzarətində olmayan az hissələrindən birində baş verdiyini bildiirb. Polis rəisi Tvey şəhərinin militanatlardan geri alınması səylərinə rəhbərlik edirdi.

XS
SM
MD
LG