Accessibility links

İraqın baş naziri Mosul şəhərində qədim tarixi abidələri məhv etmiş İslam Dövləti qrupunun döyüşçülərinin cəzalandırılmasına söz verdiyi bir vaxt ölkənin iki şəhərində maşına yerləşdirilmiş bomba partlayışları baş verib. Hücumlar zamanı Bələd Ruz şəhərində bazar və Samirə şəhərində yoxlama məntəqəsi hədəf alınıb.

Bağdaddan şimalda Bələd Ruz şəhərində bazarda bomba partlayışı nəticəsində azı beş nəfər həlak olub, 15 nəfər yaralanıb.

Samirə şəhərində intiharçının hərbi yoxlama məntəqəsində bombanı işə salması nəticəsində isə səkkiz nəfər həyatını itirib. Assoşieyted Press xəbər agentliyi 15 nəfərin həlak olduğu haqda məlumat verib.

Hücumlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

İraqın Baş naziri Haydar Əl-Abadi Mosul şəhərində qədim abidələri məhc edən İslam Dövləti qrupunun yaraqlılarını cəzalandırmağa söz verib. İNternetdə yerləşdirilən video yazıda İslam Dövləti qrupunun yaraqlılarının muzeydə nadir tarixi ekponatları sındırıb məhv etdiyi göstərilir. Cənab Əl-Abadi qrupun yaraqlılarını cinayətkar terrorçular adlandıraraq, onların bəşəri irsi və İraq ciliziyasiyasının nümunələrini məhv etməyə çalışdığını deyib.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildə Suriya və İraqın bəzi ərazilərini ələ keçirmiş İslam Dövləti qrupunun nəzarətindərir.

XS
SM
MD
LG