Accessibility links

İraq qüvvələri Mosul şəhərinə yaxınlaşdıqca, şiə partizan qruplaşması qərbdə yeni cəbhə açıb.

Komandirlərin bildirdiyinə görə, bu həftənin əvvəlində İŞİD yaraqlılarının əksəriyyəti şəhərdən çıxarılıb. Onlar əhalidən canlı qalxan kimi istifadə etsə də, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin havadan zərbələri bəzi mülki əhalinin qaçmasına yardım edib.

İraq və kürdlərin Peşmərqə döyüşçüləri Mosula cənub, qərb və şimal istiqamərlərindən irəliləyir. Onlar kəndləri İŞİD-dən azad etməklə yanaşı, piyadalara qarşı minaları zərərsizləşdirir. İranın dəstəklədiyi şiə yaraqlıları Suriyanın şərq sərhədlərinə yaxın Tal Afara yaxınlaşmaqdadır.

İŞİD-in Mosuldan çıxarılmasından sonra Bağdad hökuməti ilə kürd bölgəsinin müstəqilliyini müzakirə edəcəyik

BMT İslam Dövləti yaraqlılarının milk vətəndaşları zorla özləri ilə apardığını bildirir. Təşkilatın hesabatında deyilir ki, getməkdən imtina edən İraq qüvvələrinin 250-dən çox sabiq əsgəri güllələnib. 18 minə yaxın insan evindən didərgin düşüb.

Biz ərəb deyilik, kürd millətiyik. Kürdüstanın müstəqilliyi üçün referendum olacaq. Qərarı da xalqımız verəcək ​“İŞİD-in Mosuldan çıxarılmasından sonra Bağdad hökuməti ilə kürd bölgəsinin müstəqilliyini müzakirə edəcəyik”. Bunu İraqın şimalıdakı Kürdüstan muxtar hökumətinin baş naziri Neçirvan Barzani Almanyanın Bild qəzetinə müsahibəsində deyib.

Neçirvan Barzani

Neçirvan Barzani

Barzani bildirib ki, “bu danışıqların vaxtı çoxdan gəlib. Sadəcə, hazırda İŞİD-lə mübarizəyə köklənmişik”. Neçirvan Barzani Baş nazir bunları da deyib:"Biz ərəb deyilik, kürd millətiyik. Kürdüstanın müstəqilliyi üçün referendum olacaq. Qərarı da xalqımız verəcək”.

Bu ilin fevralında muxtar hökumətin başçısı Məsud Barzani də Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsi çağırışları etmişdi. Demişdi ki, “Kürdüstanın müstəqilliyi üçün heç kimdən icazə istəməyəcəyik”.

XS
SM
MD
LG