Accessibility links

İraq ordusu Ramadidə İŞİD-ə qarşı əməliyyatlarda irəliləyişə nail olub


İraq hərbi qüvvələri yeddi ay öncə şəhərin nəzarətini itirdikdən sonra İslam Dövləti qrupunun yaraqlılarının Ramadidən çıxarılması üçün bu gün bşaladılan əməliyyatda irəliləyişə nail olub.

İraqın Əks-terror Xidmətinin sözçüsü Sabah Əl-Nümaninin bildirdiyinə görə, döyüşlər hərbi hava qüvvələrinin köməyi ilə şəhərin hökumət binalarının yerləşdiyi hissəsində aparılıb.

İraq əsgərləri Ramadi ərfaında mövqləri möhkəmlədir

İraq əsgərləri Ramadi ərfaında mövqləri möhkəmlədir

May ayında Ramadinin nəzarətinin itirilməsi İraq hökuməti və ordusu üçün böyük geriləömə oldu. Paytaxt Bağdaddan 100 km qərbdə yerləşən şəhərin geri alınması uğrunda döyüşlər və şəhərdəki yaraqlılara hərbi təchizatın çatdırıldığı yolları kəsmək aylarla vaxt aparıb.

ABŞ-ın başçılığı ilə koaliyasiyanın döyüş təyyarələri İŞİD-in şəhərin ətrafındakı hədəflərini havadan atəşə tutub.

ABŞ hərbi qüvvələrinin sözçüsü, ordunun polkovniki Stiv Uorren bildirdiyinə görə, bu hücumlar İŞİD döyüşçülərinə onların gizlənməyə yeri olmadığını göstərməyə davam edir.

2014-cü ilin ortalarında İslam Dövləti qrupu tərəfindən ələ keçirilən şimal və qərb bölgələrini geri almağa çalışan İraq qüvvələrinə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan yardım edir.

Son 10 gündə koalisiya qüvvələri Ramadiyə 30-dan çox hava hücumu həyata keçirib.

XS
SM
MD
LG