Accessibility links

İraqda bələdiyyə seçkiləri keçirilir


İraqın əsasən sünnilər yaşan iki əyalətində bələdiyyə seçkiləri keçirilir. Təhlükəsizliyə dair narahatlıqlar səbəbilə səsvermə iki aya yaxın təxirə salınmışdı.

İraqın qərbindəki Ənbar və Neynəva əyalətində təhlükəsizlik tədbirlər gücləndirilib. Ərazidə habelə nəqliyyat vasitələrindən istifadə qadağan edilib.

69 bələdiyyə nümayəndəsini seçmək üçün 2.8 milyon vətəndaş səs vermək hüququna malikdir.

Bu arada Ənbar və Neynəva əyalətlərində baş nazir Nuri Əl-Məlikinin başçılıq etdiyi şiə hökumətinə qarşı etirazlar aksiyaları keçirilib. Seçkilərin gecikməsini siyasi oyun kimi qiymətləndirən bəzi iraqlılar səsvermənin gecikdirilməsi barədə suallar qaldırıb.
Bələdiyyə seçkiləri gələn il baş tutacaq parlament seçkiləri öncəsi partiyaların siyasi gücünü göstərmək imkanıdır.
XS
SM
MD
LG