Accessibility links

İraqdakı Əl-Qaidə qrupu terror hücumlarının məsuliyyətini öz üzərinə götürüb


İraqdakı Əl-Qaidə ölkədə son iki ildə ən çox ölümlə nəticələnən hücumların məsuliyyətini öz üzərinə götürüb. İraqın İslamçı təşkilatı cihadçı veb səhifəsində yerləşdirdiyi məlumatda bazar ertəsi ölkənin azı 15 şəhərində 115 nəfərin ölümü, 200-dən çoxunun yaralanması ilə nəticələnən hücumların arxasında durduğunu bildirib.

Koordinasiyalaşdırılmış bomba hücumları və atəşlər audio yazıda özünü qrupun lideri kimi qələmə verən şəxsin hücumların "yeni mərhələsinə" başlandığını bəyan etməsindən bir neçə gün sonraya təsadüf edir. Bu təşkilat iyun ayında da 72 nəfərin ölümü ilə nəticələnən maşına yerləşdirilmiş bomba hücumlarının məsuliyyətini öz üzərinə götürmüşdü.
XS
SM
MD
LG