Accessibility links

İraqda etiraz aksiyaları zamanı beş nəfər həlak olub

  • Amerikanın səsi

İraqda etiraz aksiyaları zamanı beş nəfər həlak olub

İraqda etiraz aksiyaları zamanı beş nəfər həlak olub

İraqda etiraz aksiyaları zamanı beş nəfər həlak olub. Nümayişçilər ictimai xidmətlərin yaxşılaşdırılması və hökumət idarələrində korrupsiyaya son qoyulmasını tələb edib. Ölüm halları Havicə və Bəsrə şəhərlərində polislə nümayişçilər arasındakı qarşıdurma zamanı baş verib. “Qəzəb günü” yürüşü İraqın bir sıra bölgəsində keçirilib. Dünən İraqın baş naziri Nuri əl-Maliki iraqlıları hökumət əleyhinə keçiriləcək “Qəzəb günü” yürüşünü boykot etməyə çağırıb. Baş nazir deyib ki, bu kimi aksiyalar İraqın sabiq lideri Səddam Hüseynin tərəfdarları tərəfindən təşkil edilir. Cənab Maliki Səddam tərəfdarlarını ölkədə zorakılıqları qızışdırmaq cəhdində günahlandırıb. “Qəzəb günü” yürüşləri bu yaxınılarda Tunis, Misir və digər ölkələrdə keçirilən etiraz aksiyalarından ilhamlanır.

XS
SM
MD
LG