Accessibility links

İraqın cənub bölgəsində polis bildirir ki, içəsini partlayıcı maddələrlə dolu mikro-avtobusu intiharçının təhlükəsizlik məntəqəsində partlatması nəticəsində 42 nəfər həlak olub, 157-dən çox insan yaralanıb.

Rəsmilər partlayışın Bağdaddan 100 kilometr cənubda, şiələrin üstünlük təşkil etdiyi Hillah şəhərinin şimal girişində baş verdiyini bildirib.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

İraqda son illər zorakılıqları sayı yenidən artmağa başlayıb. Yalnız bu il İraqda 1400-dən çox insan həlak olub.
XS
SM
MD
LG