Accessibility links

İraq rəsmilərinin bildirdiyinə görə, 6 intiharçı Bağdadda hökumət binasına basqın edərək insan girov götürüb və onları öldürüb. Bundan sonra təhlükəsizlik qüvvələri binada nəzərəti ələ keçirə bilib.

Qərb mətbuatı yerli təhlükəsizlik rəsmilərinə istinadən bildirir ki, güclü mühafizə olunan Nəqliyyat Nazirliyinin bunasına hücum zamanı ən azı 20 nəfər öldürülüb. Reuter xəbər agentliyi yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən bildirib ki, girov götürülənlərdən çoxu bu binanı və yaxınlıqdakı insan haqlarına dair idarəni mühafizə edən təhlükəsizlik işçiləri olub.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ancaq əvvəl Əl-Qaidəyə bağlı yaraqlılar hökumət binalarını hədəf alıb.
XS
SM
MD
LG