Accessibility links

İraq seçki komissiyasının məlumatına görə, keçən ay keçirilən parlament seçkilərinin yekun nəticələri sabah və bazar ertəsi günü açıqlanacaq.

Müstəqil Ali Seçki Komissiyasının bugünkü bəyanatı ölkədə zorakılıqlar davam etdiyi bir vaxta təsadüf edir.

Rəsmilər deyir ki, paytaxt Bağdaddan şimalda Tarmiyah şəhərində bazarda həyata keçirilən hücum zamanı azı 4 nəfər həlak olub.

8 illik müharibədən sonra 2011-ci ildə ABŞ əsgərlərinin ölkəni tərk etməsində sonra aprelin 30-da ilk dəfə ümummilli seçkilər keçirilib.

Seçki rəsmiləri deyir ki, sesvermə hüququ olan 22 milyon seçicinin təxminən 60 faizi səsvermədə iştirak edib.
XS
SM
MD
LG