Accessibility links

İraq rəsmilərinin məlumatına görə, kürd partiyasının ofisinin qarşısında iki bomba partlayışı nəticəsində azı 17 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Bu gün baş vermiş partlayışlardan biri prezident Cəlal Talabaninin Kürdüstanın Patriot Birliyi partiyasının ofisi yaxınılığında baş verib. İntiharçı özünü həm də təhlükəsizlik qüvvələrinini binasının yanındakı bu ofisin qarşısında partladıb.

İkinci partlayış isə fövqəladə hallar işçiləri birinci partlayışdan sonra ərazidə iş apararkən baş verib.

Bağdaddan şimal-şərqdə Diyala vilayətinin Calula şəhərində baş verən hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.
XS
SM
MD
LG