Accessibility links

İraqda 10 uşağın ölümü ilə nəticələnən partlayış


İraqın şimal bölgəsinin rəsmilərinin sözlərinə görə, avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində çoxu uşaq olmaqla 15 nəfər həlak olub.

Bu gün yerli iş həftəsinin açılışında baş verən partlayış ibtidai sinif şagirdlərinin məktəbinin bir hissəsini dağıdaraq 10 uşağın həyatına son qoyub. Digər bir partlayış isə yaxınlıqdakı polis məntəqəsində baş verib.

Hüquq-mühafizə orqanlarının rəsmilərinin məlumatına görə, Suriya sərhədi yaxınlığında Təl Əfara qonşu Qabat kəndində bomba partlayışı nəticəsində isə çox saylı insan yaralanıb.

Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb.

Qeyd edək ki, dünən Bağdad yaxınlığında şiə zəvvarlara qarşı hücum və paytaxtın şimal hissəsində kafedə həyata keçirilən intiharçı hücumu nəticəsində 65-dən çox insan həlak olmuşdu.
XS
SM
MD
LG