Accessibility links

Bağdadda baş vermiş terror aktlarında əl-Qaidanın izləri var


Zorakılıqlar əl-Qaidənin İraqdakı liderinin “yeni mərhələyə” keçilməsi haqda xəbərindən sonra vüsət alıb

İraq rəsmiləri bildirir ki, bazar ertəsi ölkə boyunca baş vermiş zəncirvari hücumlar nəticəsində ən azı 115 insan öldürülüb.

Bazar ertəsi paytaxt Bağdadın Şiə müsəlmanlarının six yaşadığı məhəllədə kafenin yaxınlığında dayanmış maşının partlaması nəticəsində ən azı beş nəfər ölüb, 24 nəfər yaralanıb.

Bu, iki ildən artıq müddətdə İraqda baş verən ən qanlı gün olub. Koordinasiyalaşdırılmış bomba partlayışlarının dalğası və silahlı hücumlar nəticəsində 15 şəhərdə 200-dən artıq insan yaralanıb. Ölüm siyahısı ən yüksək həddə sonuncu dəfə 2010-cu il 10 may tarixində çatıb.

İyirmi insanın öldürülməsi ilə nəticələnən ən şiddətli hücum bazar ertəsi Bağdaddan 20 kilometr məsafədə yerləşən Taci şəhərində baş verib.

Bu məsuliyyəti heç kəs öz üzərinə götürməyib.

Birləşmiş Ştatlar bu hücumu pisləyərək, geriləməyə baxmayaraq İraqın yaxın keçmişdə olduğu kimi zorakı yer olmadığını bildirib.

Ağ Evin sözçüsü Cey Karney İraq təhlükəsizlik qüvvələrinin təlim aldığını və onların öz təhlükəsizliklərinin öhdəsindən gəlmək qabiliyyətində olduqlarını bildirib.

Bu zorakılıqlar şənbə günü cihadçı veb səhifəsində əl-Qaidənin İraqdakı şöbəsinin lideri tərəfindən yayımlanan təşkilatın “yeni mərhələyə” keçməsi xəbərindən sonra baş verib. Audio yazıda çıxış edən şəxs Əbu Bəkr əl-Bağdadi olduğu, pulsuz məhbuslara və məhkəmə rəsmilərinə qarşı İraq İslam Dövlətinin hücum planı hazırladığını ortaya çıxır.

İyun ayında təşkilat 72 nəfəri öldürən və 260-a yaxın insanı yaralayan silsilə maşın bombalamalarının məsuliyyətini öz üzərinə götürüb.
XS
SM
MD
LG