Accessibility links

İraqda 60 nəfər həlak olub [Yenilənib]


Iraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın şiələr yaşayan məhəlləsində dəfn mərasimi zamanı bombanın partladılması nəticəsində 60 nəfərdən çox insan həlak olub.

Polis deyir ki, bomba Sədr şəhərində yas mərasiminin keçirildiyi çadırın yanınd partladılıb. Hadisə zamanı 70-dən çox insanın isə yaralandığı bildirilir.

Iraq rəsmiləri deyir ki, intiharçı Bağdadın şimalındakı polis qərargahına hücumu nəticəsində 4 polis zabiti həlak olub.

Təhlükəsizlik və xəstəxana rəsmiləri bu gün səhər saatlarında Baiji şəhərindəki bazaya 4 yaraqlı hücum edib.

Bazanın qarşısında atışma nəticəsində yaraqlılardan biri öldürülüb. Digər 3 yaraqlı isə bazanın içərisində üzərilərindəki partlayıcıları işə salmağa müvəffəq olub.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ölkədə yeni zorakılıq dalğası başlayıb.

Xatırladaq ki, dünən də Samirə şəhərində sünni məsciddə 15 nəfər öldürülmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG