Accessibility links

İraqdakı neft məntəqələri İslam Dövlətindən geri alınıb


A man inspects damage at an oil refinery and a gas station that were targeted by what activists said were U.S.-led air strikes, in the town of Tel Abyad of Raqqa governorate, near the border with Turkey, Oct. 2, 2014.

A man inspects damage at an oil refinery and a gas station that were targeted by what activists said were U.S.-led air strikes, in the town of Tel Abyad of Raqqa governorate, near the border with Turkey, Oct. 2, 2014.

İraqdakı kürd qüvvələr bu gün İslam Dövləti yaraqlılarının ələ keçirdiyi neft məntəqələrinə nəzarəti geri alıb. Ancaq obyektlərin işçilərinin taleyi barədə müxtəlif məlumatlar daxil olmaqdadır.

Reuters xəbər agentliyi dövlətin nəzarətində olan Şimal Neft Şirkətinin iki rəsmisinə istinadən İraqın şimalındakı Xabbaz neft yatağından 15 işçinin itkin düşdüyünü bildirsə də, Fransa xəbər agentliyi (AFP) girov götürülən 24 işçinin sərbəst buraxıldığını yazır. Təhlükəsizlik rəsmiləri isə obyektlərdə partlayıcı maddələrin yerləşdirildirilə biləcəyinə dair xəbərdarlıq edib.

Kürd hərbi mənbəsi bildirib ki, döyüşlər zamanı peşmərgə mayoru snayper gülləsi ilə öldürülüb.

Dünən isə İslam Dövləti qrupunun yaraqlıları yüksək rütbəli kürd komandiri və təxminən beş kürd döyüşçüsünü öldürüb.

Briqada generalı Şirko Fatih və beş döyüşçü Kərkük şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu.

Fransa mətbuat agentliyi atışma zamanı 46 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG