Accessibility links

İslam Dövləti yaraqlıları İraqla İordaniya sərhədində keçid məntəqəsi qarşısında 3 intiharçı hücumu həyata keçirib və nəticədə ən azı 4 İraq təhlükəsizlik qüvvəsi həlak olub.

Partlayışlar zamanı 10-dan çox insanın isə yaralandığı bildirilir. Hücumdan dərhal sonra məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

Partlayışların baş verdiyi Trebill keçid məntəqəsi iki ölkə arasında yeganə keçid məntəqəsidir.

Yaraqlılar ötən il İraqın geniş ərazisini ələ keçirmişdi və onlar arasında Trebillin yerləşdiyi Ənbar vilayəti də var.

Ordu rəsmilərinin verdiyi məlumata görə, İslam Dövləti yaraqlıları habelə Ənbarda davam edən döyüşlər zamanı İraqın I Diviziyasının komandirini və digər bir zabiti öldürülüblər.

Bundan başqa yüksək rütbəli hərbi personal və 10 əsgərin öldürüldüyü bildirilir.

XS
SM
MD
LG