Accessibility links

İraqlı uşaqlar musiqidə pənah tapır [Video]


İraqda uşaqlar çox vaxt partlayışlar və sirenaların səsləri altında qeyri-sabit və zorakı bir mühitdə böyüyür. Bəsrə şəhərində musiqiçilər uşaqların mümkün qədər normal mühitdə böyüməsi üçün onların musiqi ilə əhatə olunmasına çalışaraq "Uşaq orkestri" yaradıb.

Dünyanın bir sıra yerlərində və o cümlədən İraqda uşaqların çox vaxt eşitdiyi səslər partlayış və sirena səsləridir.

Lakin bu sinif otağında uşaqları fərqli bir səs əhatə edir-musiqi sədaları.

"Uşaq orkestri"nin yaradılması Adnan Sahinin ideyası olub. O, Bəsrə Universitetinin musiqi fakultəsinin rəhbəridir. Bu yay proqramının şüarı "Mədəniyyət gerilik və ekstremizmə qarşı mübarizə aparır"dır.

Ümumilikdə insanların və uşaqların davranışı ətraf mühitə bir reaksiyadır. Biz iraqlı uşaqların ətrafda baş verən zorakı gərginliklərin yaratdığı mənfi təsirlərdən uzaqlaşdırılmasına çalışırıq. Biz uşaqlarımızı zorakılıq dilindən, təcrid dilindən uzaq tutmağa çalışırıq.

"Ümumilikdə insanların və uşaqların davranışı ətraf mühitə bir reaksiyadır. Biz iraqlı uşaqların ətrafda baş verən zorakı gərginliklərin yaratdığı mənfi təsirlərdən uzaqlaşdırılmasına çalışırıq. Biz uşaqlarımızı zorakılıq dilindən, təcrid dilindən uzaq tutmağa çalışırıq," deyə Sahi bildirir.

Bu, onun üçün sənət əsəridir. O, orkestri bu uşaqlar üçün təhlükəsiz bir sığınacaq olaraq görür. Proqrama beş yaşından yuxarı uşaqlar qatıla bilər. Onlar burada küçədə qaldıqları halda heç vaxt əldə edə bilməyəcəkləri bacarıqları öyrənir.

Bu musiqi məktəbinə yazılmaq pulsuzdur, amma alətləri tələbələr özləri almalıdır.

Ridha Falah deyir ki, musiqi ifa etmək onlar üçün tamamilə qeyri-adi bir təcrübədir.

"Mən daha öncə piano görməmişdim, yalnız televizorda. Amma indi biz pianodan əlavə gitara və skripkada da çalırıq. Bu isə oyuncaq tapanca və ona bənzər şeylərlə oynamaqdan daha yaxşıdır," o deyir.

Müəllimlər uşaqlarla könüllü olaraq işləyir, çünki onlar da Sahi kimi inanır ki, musiqi uşaqları ətrafdakı zorakılıqlardan qoruya və onları məktəb başlamazdan öncə əyləncəli və müsbət yay təcrübəsi ilə təmin edə bilər.

Bəsrənin "Uşaq Orkestri" uşaqların acılarının musiqi və sənət vasitəsilə sağalmasına kömək etmək üçün edilən ilk cəhd deyil. Buna bənzər digər layihələrə Bağdadda bir uşaq evi və Ərbildə balet məktəbi daxildir.

Bu layihələrinin hamısının məqsədi isə eynidir: incəsənət vasitəsilə İraq uşaqlarının həyatını dəyişmək və onlar da öz həyatlarını dəyişə bilməsinə kömək etmək.

XS
SM
MD
LG