Accessibility links

İraqın neft-qaz obyektlərində hücumlarda beş nəfər həyatını itirib


Kərkük yaxınlığında Bay Həsən neft obyektində hücumdan sonra yanğın

Kərkük yaxınlığında Bay Həsən neft obyektində hücumdan sonra yanğın

İraq rəsmiləri yaraqlıların ölkənin şimalında iki enerji obyektində törətdiyi hücum zamanı beş nəfərin həyatını itirdiyini bildiriblər.

Hər iki hücum Kərkük vilayətində kürdlərin nəzarətində olan ərazilərdə törədilib.

Rəsmilərin bildirdiyinə görə, Kərkükün 15 kilometrliyində törədilmiş birinci hücum zamanı silahlı şəxslər neft-qaz obyektinin dörd işçisini qətlə yetirərək, binanın ətrafında partlayıcı maddələr yerləşdirib.

Bay Həsən neft yatağı yaxınlığında törədilən ikinci hücumda isə intiharçı gödəkçəsi geymiş yaraqlılar bir mühəndisi qətlə yetirib, altı nəfəri yaralayıblar. Yaraqlılar həmçinin obyektdə yanğın törədib.

Qarışıqlıq zamanı dörd hücumçudan azı üçü ölüb. Onların gödəkçələrə yerləşdirilmiş parlayıcıların işə salınması nəticəsində, ya da təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi məlum deyil.

XS
SM
MD
LG