Accessibility links

Dünya azərbaycanlıları İran azərbaycanlı məhbusları himayə üçün kampaniya başladıb

  • Insafəli Hidayət

Birləşmiş Millətlərin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən iclasında İranda insan hüquqlarının vəziyyəti, o cümlədən etniklərin istəkləri və narazılıqları müzakirə edilir

Birləşmiş Millətlərin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən iclasında İranda insan hüquqlarının vəziyyəti, o cümlədən etniklərin istəkləri və narazılıqları müzakirə edilir

İran azərbaycanıları barədə xəbər yayan çoxlu saytlar həbsdəki fəalların azadlığı barədə internetdəki kampaniyanın olduğu sitələrin ünvanlarını dərc edib.

İranda həbsdə olan beş azərbaycanlı siyasi və mədəni fəalın azad edilməsi üçün imzatoplama kampaniyasına başlanıb. Bir çox xəbər saytları Səid Məhəmmədi (Muğanlı), Əyyub Şiri, Səid Nəyimi, Sima Didar və Səid Mətinpurun azadlığını İran rəsmilərindən tələb etmək üçün aparılan imzatoplama kampaniyası barədə xəbərlər yayıb və imza toplayan saytların ünvanlarını dərc edib.

Savalan Səsi və Urmiya İşçiləri Xəbər Agentlikləri Səid Muğanlı və Əyyub Şirinin həbsdən azad edilməsi üçün imza toplanmasına dair xəbər yayıb. Xəbərə əsasən, Muğanlı bu il iyunun 7-də Tehran şəhərində İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tutulub. Amma, onu hansı orqanın həbs etdiyi, harada saxlandığı, hansı ittiham irəli sürüldüyü barədə məlumat verilmir.

Səid Məhəmmədi (Muğanlı) şair, jurnalistdir. O, "Ədəbi Yaşmaq" nəşriyatının müdirdir. İndiyədək 364 nəfər Muğanlıya azadlıq tələbi ilə keçirilən kampaniyaya qoşulub. Azərbaycanlı məhbusların azadlığı üçün kampaniya bu məqsədlə fəaliyyət göstərən (http://www.gopetition.com/petitions/free-said-muganli.html) sayt vasitəsi ilə aparılır.

Əyyub Şiri bu il mayın 4-də Təbrizdə ETTELAAT əməkdaşları tərəfindən tutulub. Onun harada saxlandığı və hansı ittihamla həbs edildiyi barədə məlumat verilmir. İndiyədək 5324 nəfər onun azad olunmasını tələb edib. Onun azadlığı üçün aparılan kampaniya iştirakçılarının siyahısını da yuxarıdakı saytda (/free-ayyub-shiri.html) tapmaq mümkündür.

Səid Nəyimi mayın 9-da Kərəc şəhərində evində həbs edilib. Onun tutulmasında ETTELAAT-ın 7 əməkdaşı iştirak edib. O, tutularkən həyat yoldaşı Səidə İslamini də təhdid ediblər və Səidi həyat yoldaşının gözü önündə döyüblər. Hər iki fəala məxsus kompüterlər, bəzi kitablar, əl yazıları və cib telefonları müsadirə edilib. Səid insan haqları fəalı və sülh tələbi ilə yazan jurnalistdir. O, İranda universitet tələbələri cəmiyyətlinə rəhbərlik edir, azərbaycanlı tələbələrin cəmiyyətinin təsisçisidir. Səidin azadlığını 423 nəfər İrandan tələb edib. Səidə imza həmin ünvanda (free-said-naimi.html) toplanır.

Sima xanım Didar (Əlirza Yekənlinin həyat yoldaşı) zindandadır. Onun həyat yoldaşı Əlirza Sima xanımdan bir neçə gün sonra tutulub. Sima xanımın azadlığı üçün 2432 imza toplanıb. O azərbaycanlıların mədəni haqları uğrunda mübarizə aparır. Bu il aprelin 16-da tutulub və Təbrizin Mərkəzi zindanında saxlanır. O, 6 ay həbsə məhkum olunub. Sima xanım ötən il Təbrizdə və Şah gölü yolunda yürüş mərasimində "Türk dilində mədrəsə!" şüarı söyləməkdə ittiham edilərək tutulub və uzun zaman istintaqa məruz qalıb. Zəmanətlə azad olunub və sonra məhkəmənin hökmü ilə ona 6 ay həbs verilib. Sima xanımın azadlığını tələb edənlərin siyahısını eyni linkdə görmək mümkündür: (free-sima-didar.html)

Səid Mətinpurun azadlığına imza atanlar onun düşüncəsinə görə həbs edildiyini bildirir. Bildirildiyinə görə Səid İranda yaşayan azərbaycanlıların dil və mədəni haqlarını müdafiə etdiyinə görə 8 il həbs cəzasına məhkum edilib. 2007-ci ildə tutulan Səidə əvvəlcə 10 gün həbs verilib. O, həmin il ikinci dəfə həbs edilib və 9 ay istintaq altında qalıb. O, həbs cəzasını Tehranın Evin zindanında çəkir. Çoxsaylı Azərbaycan mənbələri, onun qohumları və dostları Mətunpurun İşgəncələrə məruz qaldığını və müalicəsi üçün imkan yaradılmadığını deyirlər.. Mətinpur Tehran üniversitetinin fəlsəfə fakültəsini bitirib, jurnalistdir. Onun azadlığa məqsədilə başlanmış kampaniya da http://www.gopetition.com/petition/44246.html ünvanında davam edir.

XS
SM
MD
LG