Accessibility links

İrlandiya Rusiyalı diplomatı ölkədən çıxarıb


İrlandiya Rusiyalı diplomatı ölkədən çıxarıb
İrlandiya Rusiyalı diplomatı ölkədən çıxarıb

Rusiyanın xarici işlər nazirinin müavini Vladimir Titov bu gün deyib ki, bu cür soyuq münasibət cavabsız qalmayacaq

Rusiya İrlandiyanın diplomatlarından birini ölkədən qovmasına cavab olaraq oxşar addım atacağı ilə hədələyib. Rusiyanın xarici işlər nazirinin müavini Vladimir Titov bu gün deyib ki, bu cür soyuq münasibət cavabsız qalmayacaq. İrlandiya dünən altı irland vətəndaşının şəxsiyyət göstəricilərinin oğurlanmasında Rusiyanın iştirakını aşkar etdikdən sonra rusiyalı diplomatı ölkədən çıxarıb.

İrlandiyanın xarici işlər nazirliyi Rusiyanın oğurlanmış şəxsiyyət göstəricilərini irland vətəndaşı örtüyü altında Birləşmiş Ştatlarda əməliyyat keçirən rus casusları üçün istifadə olunmasına dair inandırıcı sübuta malik olduqlarını bildirb. Ötən ilin iyun ayında Birləşmiş Ştatlar ABŞ-da biznes və siyasi çevrələrə yol tapmaq üçün yüz minlərlə dollar ödənmiş və təlim keçmiş rus casuslarını aşkar edib.

XS
SM
MD
LG