Accessibility links

İndeksdə 1,83 bal alan Azərbaycan KİV-in vəziyyətinin qeyri-sabit və qarışıq olduğu bildirilir

Amerikanın İREX layihəsi inkişafa dəstək üçün 2012-ci ildə dünyanın 80 ölkəsində KİV-in Sabitlik İndeksini dərc edib. Bu araşdırmada bütün dünya üzrə 80 ölkədə müstəqil KİV-in inkişafı üçün şəraitin ətraflı təhlili verilib.

Sabitlik İndeksi KİV-in “dördüncü hakimiyyət” kimi öz rolunu oynaya bilməsi qabiliyyəti ilə müəyyən edilir.

Bundan başqa, ictimai cəhətdən faydalı, obyektiv məlumatların vaxtında verilməsi kontekstində bütün KİV sektorunun sabitliyi qiymətləndirilir.

Həmçinin KİV-lərin ictimai müzakirələr üçün vasitəçi qismində nə dərəcədə yaxşı xidmət etdiyi yoxlanılır. Bunu qiymətləndirmək üçün KİV sistemini formalaşdıran beş amil əsas götürülür: söz azadlığı, jurnalistikanın peşəkarlığı, biznesin idarə edilməsi, xəbərlərin müxtəlifliyi və s.

Azərbaycana həsr edilmiş hissədə ümumi Sabitlik İndeksinin 1,83 bal olaraq qiymətləndirildiyi deyilir və bu da “KİV-in qeyri-sabit və qarışıq vəziyyəti” deməkdir.

2013-cü il jurnalistlər üçün həbs, məhkəmə iddiaları və yüksək cərimələr ili olub.

2012-ci ildə həbs edilmiş 11 jurnalist və blogerlə Azərbaycan dünyanın 10 aparıcı mətbuat həbsxanalarından biri olaraq qalır. Jurnalistlər məhdudiyyətlər və daimi təqiblər altında işləyir. Mətbuata qarşı cinayətlər yaxşı araşdırılmır. Jurnalistlərə qarşı 60 zorakılıq halı olduğu haqqında məlumatlar var.

KİV-ə qarşı 35 iddia qaldırılıb. Böhtan cinayət olaraq qalmaqdadır. İctimai informasiyaya çıxış məhdudlaşdırılıb. Mətbuatın sorğularına cavablar gecikdirilir və ya onlara ümumiyyətlə məhəl qoyulmur. Vəzifəni atasından almış prezident İlham Əliyevin hökuməti bir çox sahələrdə mətbuatı boğur.

Sayı 5000-dən çox KİV – telekanal, radiostansiya, qəzet və başqaları fikir plüralizminə gətirib çıxarmayıb. Elektron KİV-lər, o cümlədən İTV ictimai yayımçı və AzTV dövlət televiziyası hökumətin ciddi nəzarəti altındadır. Yalnız bir telekanal – ANS seçimlə verilən reklam qayğısına qalaraq, çox da aktual olmayan mövzular üzrə tarazlaşdırılmış materiallar təqdim etməyə çalışır.


Hökuməti tənqid edən qəzetlər məhkəmə cərimələri ilə üzləşir.

2012-ci ildə parlament kommersiya şirkətlərinin mənsubluğu haqqında məlumat verilməsini qadağan edərək, ictimaiyyətin informasiyaya çıxışını məhdudlaşdırıb.


Özünüsenzura geniş tətbiq olunur. Jurnalistlər hüquq-mühafizə orqanlarının onları müdafiə etdiyini hiss etmir.


2012-ci ildə İnternet istifadəçilərinin sayı 3,6 mln.-dan çox olub, bu da təxminən əhalinin 40 faizi deməkdir.. Ənənəvi KİV-də azadlıq olmadığı üçün, bloqlar siyasi hadisələr haqqında şərh məkanına çevrilib, YouTube-da isə kütləvi etirazları və mitinqləri izləmək olar.


Real reklam olmadığı bir şəraitdə hakimiyyət KİV-ə Dövlət Dəstəyi Şurası vasitəsilə qrantlar verməyə davam edir. Çətinliklə fəaliyyətini davam etdirən qəzetlər bu gəlir mənbəyini itirmək istəmir. İnternet əvvəlki kimi qonşu ölkələrlə müqayisədə bahadır.


Sonda ümumi qiymət verilir: Azərbaycan KİV qeyri-sabit qarışıq sistemdir. Ölkə elan edilmiş məqsədlərə minimum şəkildə cavab verir, yalnız bəsit hüquqi sistemə malikdir, hakimiyyət azad KİV-ə müqavimət göstərir.


Media biznesinin həyata keçirilməsi (İndeks səviyyəsi 1,35) və söz azadlığı (İndeks səviyyəsi – 1.80) sahəsində vəziyyət daha da pisdir.

Hesabata əsasən, Gürcüstan və Ermənistanda oxşar problemlər yaşansa da, bu ölkələrin KİV-nin vəziyyəti Azərbaycandakından yaxşıdır.

XS
SM
MD
LG